23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

İtaliyada karantin qaydalarında yenidən dəyişiklik edilib

Screen Shot 2021 09 02 at 14.34.20

İtaliyada Milad və Yeni il bayramları ilə bağlı tətil dövrü başa çatdıqdan sonra ölkədə karantin qaydalarında yeni mərhələ başlayıb.

Yanvarın 11-dən etibarən İtaliyanın regionları səviyyəsində tənzimlənmiş işıqfor sistemi yenidən qüvvəyə minib və 20 regiondan 15-i “sarı zona“ elan edilib. Bu isə o deməkdir ki, həmin regionlarda epidemioloji vəziyyət qastronomiya obyektlərinin yenidən fəaliyyət göstərməsinə icazə verib. Həmin regionlarda kafe və restoranların fəaliyyətinə icazə verilməsi 220 min obyektin qapılarını öz müştəriləri üçün açmasına imkan yaradıb.

Ölkənin beş regionu (Lombardiya, Emiliya-Romanya, Veneto, Karabriya və Siciliya) isə yoluxma səviyyəsi yüksək olduğuna görə “narıncı zona“ elan edilib.

Karantin qaydalarının yumşaldılması ilə bağlı ən böyük xaos isə təhsil sistemində hökm sürür. Nazirlər Kabineti yanvarın 11-də bütün ölkə üzrə yuxarı siniflər üçün tədrisin bərpa olunacağını nəzərdə tutsa da, Lombardiya və bir sıra böyük regionların hökumətləri tədrisin distant formada davamına qərar veriblər. Məktəblərin açılışı hər regionda fərqli tarixdə nəzərdə tutulması valideyn və müəllimlər arasında narazılıqla qarşılanıb. Hökumətin koronavirus böhranında yürütdüyü təhsil siyasətinə etiraz olaraq ötən həftəsonu ölkənin müxtəlif regionlarında şagirdlərin maraqlarını təmsil edən təşkilatlar aksiyalar təşkil ediblər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər