İtaliya Hökuməti mayın 1-dən etibarən COVİD-19 pasportlarından imtina etməyə qərar verib.
TASS agentliyi xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib.
“Biz covid sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikat tələb olunmayacaq”, – nazir bildirib.
Xəstələrlə təmasda olanlar üçün karantin rejiminin ləğv edildiyini diqqətə çatdıran nazir qeyd edib ki, təcrid yalnız testi müsbət nəticə verənlər üçün məcburi olacaq.
Ölkədə martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddəti də uzadılmayacaq.