21 C
Baku
Tuesday, October 8, 2024

İtaliyada ötən ay inflyasiya səviyyəsi artımla müşahidə edilib

İtaliyanın inflyasiya səviyyəsi bu ilin mart ayı ilə müqayisədə aprel ayında 1,1 faiz yüksəlib. Bu barədə Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilib ki, ölkədə istehlak qiymətləri indeksi aylıq hesablamada 0,2 faiz artıb. Qiymət artımının hərəkətverici qüvvəsi bu il İtaliyanın iki milli bayramına yaxın tarixdə qeyd edilən, xüsusilə uzun sürən Pasxa tətilləri ilə bağlı nəqliyyat qiymətlərinin artması olub.

ISTAT, həmçinin ərzaq məhsulları və məişət əşyaları kimi gündəlik malların istehlak səbəti dəyərinin mart ayı ilə müqayisədə aprel ayında 0,3 faiz artdığını da əlavə edib.

Azərtac

Son xəbərlər
Digər xəbərlər