21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

İtaliyada peyvənd olunanlara “green pass” icazəsi veriləcək

Screen Shot 2021 09 02 at 14.34.20

İtaliyada peyvənd olunmuş şəxslərə “green pass” icazəsi veriləcək.

Banker.az bu barədə “Forbes”ə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, bu icazə vətəndaşlar üçün nəqliyyat vasitələrindən məhdudiyyətsiz şəkildə istifadə etmək, kafe və restoranları ziyarət etmək və bir sıra digər imkanlar yaradır.

Koronavirus peyvəndinin birinci dozasını vurdurmuş vətəndaşlara da “green pass” veriləcək, lakin ikinci doza vaxtında vurulmasa icazə ləğv ediləcək. Bununla yanaşı, uzun məsafəli səyahət və qapalı məkanlarda tədbirlərdə iştirak üçün iki doza peyvənd tələb olunacaq.

Xatırladaq ki, ölkənin Baş naziri Mario Draqi mətbuat konfransında pandemiya səbəbindən ölkədəki fövqəladə vəziyyətin ilin sonuna qədər uzadılacağını söyləyib. O, İtaliya iqtisadiyyatının qonşu dövlətlərlə müqayisədə daha sürətli canlandığını vurğulayıb.

“Vaksinasiya olmasa, hər yer yenidən bağlanacaq. Peyvənd olunmaqdan imtina etməyə çağırmaq – ölümə çağırmaq deməkdir”, – deyə Draqi koronavirusun “delta” ştammının artan təhlükəsini xatırladıb.

İtaliyada müzakirə olunan tədbirlərdən biri də peyvənd olunmaqdan imtina edən işçilərin işdən çıxarılmasıdır. Hələki bu tələb yalnız tibb işçilərinə şamil olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, İtaliya koronavirusa yoluxma baxımından dünyada onuncu yerdədir. Ölkədə 4.3 milyon nəfər yoluxub, 127 900 nəfər dünyasını dəyişib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər