İtaliyanın Azərbaycandakı səfirliyi İtaliyada təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişkilik edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, vizaya müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.
Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya “Yapı Kredi Bank Azərbaycan” bankında cari hesabı üzrə arayış təqdim etməlidir. Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Və yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir.
Səfirlik bildirir ki, maliyyə vəsaitindən əlavə tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığını, eləcə də ümumi şəxsi və ailəvi vəziyyətini diqqətə alacaq.