25 C
Baku
Sunday, July 21, 2024

İtaliyada ticarət donduruldu

İtaliyanın Baş naziri Cuzeppe Konte ölkədə koronavirusla mübarizə çərçivəsində yeni tədbirlərin görüldüyünü qeyd edib.

“İnterfaks” xəbər verir ki, ölkədə ticarətin demək olar ki bütün növləri dayandırılıb.

Sadəcə ən zəruri malları satan dükanlar və apteklər fəaliyyət göstərir.

“Bilirik ki yavaş-yavaş hərəkət etməliyik, lakin irəli bir addım etməyin vaxtı gəlib çatıb. İndi biz bütün ticarət müəssisələrinin bağlanması barədə göstəriş vermişik”, deyə Konte qeyd edib.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər