26 C
Baku
Wednesday, July 2, 2025

İtaliyada 2005-ci ildən bəri rekord yoxsulluq səviyyəsi qeydə alınıb

İtaliyada mütləq yoxsulluq içində yaşayan insanların sayı (aylıq gəliri 569.56 avrodan 839.78 avroya qədər olan) mütəxəssislərin bu cür statistik məlumatları tərtib etməyə başladığı 2005-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Banker.az bu xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat verib.

Belə ki, 2020-ci ildə İtaliyada mütləq yoxsulluq şəraitində 5.6 milyondan çox insan (ümumi əhalinin 9.4%-i) və 2 milyondan çox ailə (7.7%) olub: bu, 2019-cu ilin göstəricilərini müvafiq olaraq 1.7 və 1.3 faiz bəndi üstələyir. Bildirildiyi kimi, ölkədə nisbi yoxsulluq içində yaşayan ailələrin sayı 2.6 milyona çatır.

Ailələr arasında mütləq yoxsulluğun ən yüksək səviyyəsi ölkənin cənub bölgələrində müşahidə olunur: ümumi əhalinin 9.4%-i (şimalda – 7.6%, mərkəzdə – 5.4%). 2020-ci ildə azyaşlı uşaqları olan 767 min ailə də mütləq yoxsulluq içində yaşayıb ki, bu da 2019-ci ilin göstəricilərindən 2.2 faiz bəndi çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər