14 C
Baku
Thursday, April 24, 2025

İtaliyadan gətirilən xörək duzu və qazsız təbii suda uyğunsuzluq aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kq “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151.2 kq “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda uyğunsuzluq aşkar edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

8 2

Son xəbərlər
Digər xəbərlər