5 C
Baku
Monday, December 30, 2024

İtaliyadan sonra Almaniya da ChatGPT-yə girişi məhdudlaşdıra bilər

Almaniya hökumətinin məlumatların mühafizəsi üzrə komissarı Ulrix Kelber ölkədə ChatGPT çat-botunun bloklanmasının mümkünlüyünü etiraf edib. “Prinsipcə, Almaniyada da belə hərəkətlər mümkündür”, – deyə komissar bildirib.

Eyni zamanda, Berlinin hazırda çat-botun qadağan edilməsi ilə bağlı konkret planı yoxdur. Kelberin sözlərinə görə, Almaniya İtaliyadan ölkədə ChatGPT-nin müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat istəyib. Roma daha əvvəl italyanların şəxsi məlumatlarının kütləvi toplanması səbəbindən çat-botun işini müvəqqəti məhdudlaşdırmaq qərarına gəlib.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

ChatGPT çat-botu 2022-ci ilin sonunda “OpenAI” şirkəti tərəfindən istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı əlaqə yaradır. O həmçinin əlavə suallara cavab verə, səhvlərini etiraf edə, yanlış fikirlərə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər.

İtalyan tənzimləyicisi həmçinin “OpenAI”ni alqoritmləri öyrətmək üçün məlumatlarını topladığı istifadəçilərə bu barədə məlumat vermədiyinə görə tənqid edib və tərtibatçının “fərdi məlumatların kütləvi şəkildə toplanmasına və saxlanmasına haqq qazandıran hüquqi əsasının” olmadığını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər