14 C
Baku
Saturday, November 23, 2024

İtaliyan şirkəti Azərbaycan bazarına daxil olur

İtaliyanın 18 yaşlı şirkəti “ISS İnternational S.P.A” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında filialı yaradılıb.

Banker.az xəbər verir ki, şirkət Bakı Şəhəri Yasamal Rayonu, Qızıl Şərq ev.324 m.11. ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi İtaliya Respublikası vətəndaşı və şirkətin yaradıcısı Giuseppe Bellantoni-dir.

Qeyd edək ki, şirkət 2004-cü ildə İtaliyanın Roma şəhərində yaradılıb. Şirkət hazırda Milan, Abu Dabi, Doha, Alger, Aksai, Vibo Valentia, Benin City, Pointe Noire şəhərlərində fəaliyyətdədir.

Son xəbərlər
Digər xəbərlər