2 C
Baku
Saturday, December 14, 2024

İtaliyanın antiinhisar təşkilatı “Armani” və “Dior” şirkətlərində araşdırmalara başlayıb

İtaliyanın Rəqabət və Bazar Zəmanəti Təşkilatı “Giorgio Armani” qrupunun bəzi şirkətlərində və “Christian Dior” şirkətlər qrupunda İstehlakçı Məcəlləsinin müddəalarına zidd olaraq geyim və aksesuarların satışı ilə bağlı mümkün qeyri-qanuni hərəkətlərə görə araşdırmalara başlayıb.

Qurum bəzi hallarda bu şirkətlərin qeyri-adekvat əmək haqqı alan işçilərin işlədiyi laboratoriyaların ləvazimatlarından istifadə etdiyini açıqlayıb.

Bundan əlavə, həmin şirkətlər iş saatlarını qanundan kənar, qeyri-kafi sağlamlıq və təhlükəsizlik şəraitində təmin edib.

Qeyd edək ki, bir neçə müddətdir İtaliya mediası “Giorgio Armani” və “Christian Dior”un mağazalarındakı pərakəndə satış qiymətlərilə lüks brendlərə çanta və dəri məmulatları istehsal edən yerli atelyelərin məhsullarının qiymətləri arasında böyük fərqlər olduğunu yazır. Həmçinin bu brendlərin yüksəkkeyfiyyətli məhsullar istehsal etmək üçün xarici işçi qüvvəsini istismar etdikləri bildirilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər