20 C
Baku
Saturday, September 28, 2024

İtaliyanın bank sistemində böhran yaranıb

İtaliya bankları problemli kreditlərin həcminin artması nəticəsində böhran vəziyyətinə düşüb. Agentliyin “Reuters”-ə istinadən verdiyi xəbərə görə, problemli kreditlərin və zərərin artması ilə “Banco Popolare” diqqət mərkəzinə düşüb. Belə ki, Bank 2016-cı il ilk rübü üzrə zəif maliyyə göstəricilərini açıqlayıb. Buna səbəb isə problemli kreditlərə görə, vəsaitin silinməsi olub. Bankın zərəri 314 mln. avro təşkil edib. Nəticədə, “Banco Popolare”nin səhmləri mayın 11-də 14% ucuzlaşıb və bu, digər bankların da səhmlərinin dəyərdən düşməsinə səbəb olub.

“Reuters” agentliyi qeyd edib ki, borcların bir hissəsini problemli elan etməsinə Bankı Avropa Mərkəzi Bankı (ECB) məcbur edib. Nəticədə, Bank 684 mln. avro həcmində vəsaiti silməyə məcbur olub. ECB yalnız bu şərtlə banka “Banco Popolare di Milano” ilə konsolidasiyaya getməyə icazə verib.

Qeyd edək ki, birləşmə nəticəsində İtaliyanın 3-cü ən böyük bank qrupunun yaranması gözlənilir. “Reuters” bildirib ki, İtaliyanın bank sektorunun kapitallaşması ilin əvvəlindən 40% azalıb. Bankların demək olar ki, hamısı kredit portfelində problemlərlə üzləşib. Bank sektorunun hazırda əlavə kapital tələbatı 360 mlrd. avro həcmində qiymətləndirilir. Ümumi olaraq problemli aktivlərin həcminin onların balans dəyərinin 40%-ni təşkil etdiyi vurğulanıb. Ekspertlər İtaliya banklarının maliyyə vəziyyətini “Deutsche Bank” və “Lehman Brothers” ilə müqayisə etməyə başlayıblar.

Report

Son xəbərlər
Digər xəbərlər