İtaliyanın “Fiorentina” klubu satışa çıxarılıb.
Banker.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin sahibi Rokko Komisso yerli mətbuata açıqlamasında deyib. O, klubu 335 milyon avroya satacağını deyib:
“Klubu 335 milyon avroya satıram. 10 gün ərzində ediləcək təkliflər dəyərləndiriləcək. Klubu almaq istəyən şəxslər florensiyalı olmalıdır və əvvəlcədən 35 milyon avro depozit ödəməlidirlər.
“Fiorentina”nın borcu yoxdur. Klub tamamilə ailəmiz tərəfindən maliyyələşdirilir. Bununla qürur duyuram”.
Qeyd edək ki, “Fiorentina” İtaliya A Seriyasında 13-cü sıradadır.