18 C
Baku
Monday, April 29, 2024

İtaliyanın hava limanlarında yüzlərlə aviareys ləğv edilib

İtaliyada hava nəqliyyatı dispetçerləri həmkarlar ittifaqının təşəbbüsü ilə keçirilən 4 saatlıq tətil səbəbindən yüzlərlə aviareyslər ləğv olunub.

Həmkarlar ittifaqlarının çağırışı ilə ölkənin müxtəlif hava limanlarında keçirilən tətilə aviadispetçerlərlə yanaşı, “Ryanair”, “Air Malta”, “Easyjet” və “Volotea” kimi bəzi aşağı büdcəli hava yolları şirkətlərinin işçiləri də qatılıblar. Tətil iştirakçıları heyət çatışmazlığı və iş şəraitinə etiraz ediblər.

Tətil səbəbindən ölkə daxilində və beynəlxalq istiqamətdə yüzlərlə aviareys ləğv edilib, bəzi uçuşlar təxirə salınıb.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər