İtaliyanın məşhur bank qrupu xalis mənfəətini 50% artırıb

0

İtaliyanın məşhur bank qrupu “UniCredit” bu ilin I yarısında 3,241 milyard avro xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.

Bununla belə, son 1 ildə qrupun gəlirləri 3,4% azalaraq 9,289 milyard avroya, xalis faiz gəlirləri 0,7% azalaraq 5,132 milyard avroya, əməliyyat mənfəəti isə 3% azalaraq 4,316 milyard avroya düşüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Unicredit” ağır makro iqtisadi şərtlər fonunda yaxşı nəticələrə nail ola bilib”, – qrupunun baş direktoru Jan-Pyer Müstye bildirib.

Xatırladaq ki, “Unicredit” 18 ölkədə fəaliyyət göstərir.

Report