İtaliyanın Rusiya təbii qazından asılılığı 40%-dən 25%-dək azalıb.
Bu barədə İtaliyanın XİN rəhbəri Luici Di Mayo bildirib.
“Cəmi bir neçə ay ərzində Rusiya qazından asılılığı 40%-dən 25-dək azalda bilmişik. Bu, yeni qurulan tərəfdaşlıq münasibətləri sayəsində mümkün olub”, – o deyib.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqında (Aİ) Rusiyadan təbii qazın tədarükünün qəfil dayandırılması halı üçün fövqəladə iqtisadi tədbirlər üzərində iş aparıldığı açıqlanmışdı. Sənədin iyulun 20-si qəbul ediləcəyi gözlənilir.
Hazırda Rusiyanın Aİ ölkələrinə nəql etdiyi təbii qazın həcmi 2016-2021-ci illərin orta göstəricisinin 30%–i səviyyəsindədir.