4 C
Baku
Friday, March 29, 2024

İtaliyanın universiteti “influencer” olmaq istəyənlər üçün yeni təhsil proqramını təklif edir

İtaliyanıPR-kampaniyasında futbol ulduzu Cristiano Ronaldo-nun iştirak etdiyi onlayn universitet eCampus, gələcəkdə “influencer” olmaq istəyən abituriyentlərə yeni üç illik təhsil proqramını təklif edib.

Banker.az bu haqda Bloomberg-ə istinadən xəbər verir.

Universitetin veb saytında deyilir ki, belə bir proqramın yaradılmasında əsas məqsəd “təhsildəki mövcud boşluqları doldurmaq” və tələbələrə sosial şəbəkələrdə lazım ola biləcək texniki bacarıqları əldə etməyə kömək etməkdir.

Bu təlim kursunun bir hissəsi olaraq universitet moda psixologiyası, semiotika və dil fəlsəfəsi, televiziya tarixi, mədəniyyətlər arası rabitə və informasiya texnologiyaları dərsləri tədris edir.

“İnfluencer” olmaq və marketinq və ya fərdi brendinq sahəsində baş çıxarmaq eyni şey deyil. Bunun üçün mənimsəməli olduğunu bir sıra texniki biliklər vardır”, – deyə eCampus-un marketinq rəhbəri Maurizio Paschetti bildirir.

Yeni təhsil proqramının yaradılması xəbəri İtaliyanın mətbuatında qızğın müzakirələrə səbəb olub. Belə ki, insanların bir qismi “influencer” peşəsini peşə kimi tanımaqdan imtina edir, yerdə qalanlar isə bu təklifi müsbət qiymətləndirir və hesab edir ki, yenilik təcrübəsiz insanlara əmək bazarında lazım olan bir sıra bacarıqları inkişaf etdirməyə kömək edəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər