10 C
Baku
Wednesday, December 11, 2024

İtaliyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani və daxili işlər naziri Matteo Piantedosinin Türkiyəyə səfər tarixi açıqlanıb.

Türkiyə XİN xəbər verir ki, səfər yanvarın 13-ü baş tutacaq.

Daxili işlər naziri Piantedosi yerli mediaya belə deyib: “Tezliklə xarici işlər naziri Antonio Tajani ilə birlikdə problemləri (qeyr-qanuni miqrasiya ilə bağlı) mənbəyində həll etmək və bir müddətdir aparılan dialoqu nəticələndirmək üçün Tunis, Liviya və həmçinin Türkiyə ilə bir sıra ikitərəfli görüşlərə başlayacağıq”.

Qeyd edək ki, xarici işlər naziri Antoni Tajani də bir neçə gün əvvəl yerli mediaya açıqlamasında tezliklə Türkiyəyə səfər edəcəyini və türkiyəli rəsmilərlə Liviya məsələsini müzakirə edəcəyini açıqlayıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər