18 C
Baku
Friday, October 18, 2024

İtalyansayağı işçi tətilləri

İtalyansayağı tətil nə deməkdir? Adi işçi tətilləri – əməkdaşlar tərəfindən özlərinin işəgötürən tərəfindən tələblərinin həyata keçirilməsi məqsədilə işin dayandırılmasıdır. Daha doğrusu, mahiyyət etibarilə bu bir növ şantajdır. İtalyansayağı tətilin fərqi isə ondadır ki, bu tətil əməkdaşlar tərəfindən müəssisənin heç bir qayda və təlimatını pozmadan bütün vəzifələrə əməl edilməsidir.

Bu isə öz növbəsində istehsalat prosesinin iflasına və müəssisənin zərərlə üzləşməsinə gətirib çıxarır. “İtalyansayağı tətil” termini 1904-cü ildən sonra istifadə olunmağa başlayıb. Bu zaman İtaliyada (müxtəlif məlumatlara görə) əmək haqqlarının artırılmasına nail olmaq üçün polislər, dəmir yol işçiləri və avia şirkətlərin əməkdaşları işlərini təlimatlara uyğun, ciddi şəkildə icra etməyə başlayırlar ki, bu da dəqiqliklə qurulmuş sistemdə xətalara gətirib çıxarır. Nəticədə rəhbərliklə mübarizənin sivilizasiyalı üsulu digər ölkələrə təsir etməyə başlayır.

İtalyansayağı işçi tətili necə keçirilir? Daxili əmək qaydalarına dəqiqliklə riayət etmək; təhlükəsizlik texnikalarına aid instrukturun real olaraq həyata keçirilməsini tələb etmək; təyin edilmiş əmək qaydalarına ciddi şəkildə əməl etmək, heç bir halda onları pozmamaq; iş prosesi üçün lazım olan cihaz, alət, texniki sənəd və digər vasitələr çatışmadıqda dərhal rəhbərliyə xəbər vermək; bu cihazların olmaması səbəbindən əmək öhdəliklərinin yerinə yetirilməsi mümkün olmadıqda da rəhbərin xətasını ona birbaşa olaraq çatdırmaq; təyin edilmiş qaydalar əsasında işçini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmədikdə rəhbərə onun səbəbkar olduğu problem ilə bağlı xəbərdarlıq etmək və s.

Son xəbərlər
Digər xəbərlər