“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunu Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Banker.az bu barədə Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir.
Maddə 1-də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
1.1. 2.0.20-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.21-ci maddə əlavə edilsin:
“2.0.21. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi.”.
1.2. Aşağıdakı məzmunda 14.1-1-ci maddə əlavə edilsin:
14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
14.1-1.1. on iş günü müddətində verildikdə | |
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün | 20 manat |
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 30 manat |
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 40 manat |
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 50 manat |
14.1-1.2. beş iş günü müddətində verildikdə | |
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün | 30 manat |
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 50 manat |
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 70 manat |
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 90 manat |
14.1-1.3. bir iş günü müddətində verildikdə | |
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün | 50 manat |
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 90 manat |
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 130 manat |
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 170 manat |
1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilib:
14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
14.3-1.1. on iş günü müddətində verildikdə | 15 manat |
14.3-1.2. üç iş günü müddətində verildikdə | 35 manat |
14.3-1.3. bir iş günü müddətində verildikdə | 45 manat |
1.4. Aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilsin:
“Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun
məbləği |
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə: | |
33-3.1.1. üç iş günü müddətində verildikdə | 20 manat |
33-3.1.2. beş iş günü müddətində verildikdə | 10 manat |
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə | |
33-3.2.1. üç iş günü müddətində verildikdə | 10 manat |
33-3.2.2. beş iş günü müddətində verildikdə | 5 manat |
Maddə 33-4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.
Maddə 2. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.