İndiyədək Ukrayna ordusunun 7 mindən çox hərbçisi itkin düşmüş hesab edilir.
Bunu Ukraynanın xüsusi şəraitdə itkin düşmüş şəxslərin məsələləri üzrə komissarı Oleq Kotenko bildirib.
“Həqiqətən də belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur”, – o deyib.
Kotenko əlavə edib ki, statistikaya görə, itkin düşənlərin təxminən 65%-i sağ və əsirlikdədir.