20 C
Baku
Şənbə, May 28, 2022

İTV Azərbaycanda bağlanan “Lider” kanalını alır – QİYMƏT

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Lider TV və Radio Azərbaycan” MMC (ləğv prosesindədir) ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ləğv prosesində olan “Lider TV və Radio Azərbaycan” MMC nin satış üçün nəzərdə tutulan əsas vəsaitlərin,aktivlərin və studiyanın satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 838 581 manatdır.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası “Lider TV və Radio-Azərbaycan” MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilib və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Son xəbərlər
Oxşar xəbərlər