İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin siyahısı təsdiqlənib.
Bununla bağlı məsələyə Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında baxılıb.
Siyahıda yer alan namizədlər aşağıdakılardır:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:
1. Cəfərov Həsən Şahhüseyn oğlu – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri
2. Talıbov Əzim Zahid oğlu – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi
Azərbaycan Milli Elmlər Akademiyasından:
1. Kərimli Teymur Həşim oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
2. Xavəri Sərxan Abbas oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent
Azərbaycan Mətbuat Şurasından:
3. Həsrət Azər Hacıqulu oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü
4. Fərəcov Aqil Ələsgər oğlu Mətbuat Şurası İdarə Heyətinin üzvü
Siyahı müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.