20 C
Baku
Wednesday, October 9, 2024

İvanişvili Gürcüstanda koronavirusla mübarizə fonduna 31,5 mln. dollar köçürüb

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili, koronavirusla mübarizə fondunda 100 milyon lari (təqribən 31,5 milyon dollar) ayırıb.

Banker.az xəbər verir ki, bu barədə milyarderə məxsus olan “Kartu” fondunun sədri Nikoloz Çxetiani məlumat verib.

Qeyd edək ki, Gürcüstanın hökuməti tərəfindən koronavirus pandemiyası ilə mübarizə aparmaq məqsədi ilə “StopCoV” fondu yaradılıb. Hal-hazırda fondun hesabında 124,5 milyon lari (39,2 milyon dollar) vəsait var.
Bidzina İvanişvili bu təşəbbüsünü şərh etməyib. Milyarder artıq iki aydan çoxdur ki, ictimaiyyət qarşısında görünmür.

Son xəbərlər
Digər xəbərlər