28 C
Baku
Wednesday, June 25, 2025

“İvanovka” üç şirkət və 7 fiziki şəxs barədə haqsız rəqabətə görə Dövlət Agentliyinə müraciət edib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İvanovka Süd Məhsulları” MMC-nin müraciəti əsasında süd və süd məhsullarının istehsalı və satışı sahəsində haqsız rəqabət hallarına dair çoxsaylı araşdırmalara başlayıb.

Banker.az xəbər verir ki, araşdırmalar hüquqi şəxslərin süd məhsullarının satışında və istehsalında rəqabət qanunvericiliyinin pozulması şübhələri əsasında həyata keçirilir. Araşdırma aparılan subyektlər arasında “Adilbərəkət” MMC, “ATENA” MMC, “Master Milk” MMC kimi şirkətlərlə yanaşı, bir neçə fiziki şəxs də yer alır.

Həmçinin hazırda şirkətin təşəbbüsü ilə aşağıdakı fiziki şəxslər barəsində araşdırma davam edir:

    • Vəliyev Dadaş Azadəli oğlu

    • Tapdıqov Elçin Etibar oğlu

    • Həsənova Aytən Cavanşir qızı

    • Muradov Əmralı Yalçın oğlu

    • İmanverdiyev Elman Sahib oğlu

    • Cümşüdova Aysel İntiqam qızı

    • İsmayılov Tural İsmayıl oğlu

Qeyd edək ki, bütün hallarda araşdırmaların predmeti süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə bağlıdır. Hazırda bu işlər üzrə araşdırma prosesi davam edir.

Son xəbərlər
Digər xəbərlər