26 C
Baku
Saturday, July 27, 2024

İxrac edilən malların siyahısında qızıl 1-ci, pomidor 2-ci olub

2020-ci ildə Azərbaycanın qeyri-neft ixracı 1, 9 milyard ABŞ dolları dəyərində olub.

Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayı təqdim edilib.

2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13, 7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1, 9 milyard ABŞ dolları dəyərində olub. Qeyri-neft sektoru üzrə ixrac 2019-cu il ilə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2 faiz azalıb.

 2020-ci il ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377.8 milyon, İsveçrəyə 224.8 milyon, Gürcüstana  127.6 milyon və Çinə 44.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər