8 C
Baku
Friday, December 13, 2024

İxrac edilən mallar siyahısında xurma 1-ci, pambıq 2-ci olub

qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayı təqdim edilib.

İcmalda qeyd olunub ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,7 faiz artıb.

2021-ci ilin yanvar ayı ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana  6,4 milyon və Çinə 4,3  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin yanvar – fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları)  ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər