9 C
Baku
Friday, December 13, 2024

İxrac hesablaşmalarında manatın “gücü” azalıb

Azərbaycanın digər ölkələrlə ticarətdə sövdələşmə xarakterləri üzrə  hesablaşma əməliyyatlarında manatın payı azalmaqdadır.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun ayları üzrə ixracda manatla hesablaşma əməliyyatlarının həcmi cəmi $26,17 milyon (ABŞ dolları) təşkil edib ki, bu da ixracda payı cəmi 0,26% olması deməkdir. Bu ötən ilin eyni dövründə $67,77 mln. təşkil etməklə yanaşı ixracda payı 0,78% təkil edidi.

Bildirək ki, qeyd edilən dövr ərzində ixracda əsas əməliyyatlar sərbəst dönərli valyutalar (SDV) ilə aparılıb. Bununla da, SDV-nin ixracda yanvar-iyun ayları ərzində payı 77,68% təşkil etmısidir – bu ötən ilin müvafiq dövründə 85,25% təşkil etməsidir.

Müəssisə və obyektlərin tikintisi haqqında saziş-öhdəlik hesabına
malların keçirilməsi üzrə əməliyyatlar ötən il 12.44% təşkil etdiyi halda bu il 20,68% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər