10 C
Baku
Wednesday, December 11, 2024

İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların idxalına görə rüsum alınmayacaq

İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların və materialların idxalı gömrük rüsumundan azad ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə həmin avadanlıqlar və materialların idxalı gömrük rüsumundan azad olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər