“Azəralüminium” MMC-nin ixrac etdiyi alüminiumun həcmi 2025-ci ilin 9 ayında azalıb.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasına istinad edir.
Qeyd edilir ki, hesabat müddətində 92.2 milyon dollar məhsul ixrac edib və bu öncəki ilin eyni dövründən 14.9 milyon dollar və ya 14% azdır.
Şirkətin əsas müəssisəsi olan Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahəsi isə 102.000 m² təşkil edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu,) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), digər obyektlər daxildir. Kompleksin ümumi işçi sayı 1084 nəfərdir. Əsas enerji təlabatını Mingeçevir Su Elektrir Stansiyaslndan təmin edilir. Həmçinin kompleksin enerji təlabatını zəruri əmsallarda təmin etmək məqsədilə 330 Kv yarımstansiya tikilib istismara verilmışdir.


 
                                    




