12 C
Baku
Saturday, November 23, 2024

İxracda elektrik enerjisi 1-ci, pomidor 2-ci, pambıq mahlıcı 3-cü olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayı təqdim olunub. İcmala əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub.

Banker.az xəbər verir ki, cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.

2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (315 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (83,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

2023-cü ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 721,5 milyon ABŞ dolları, Türkiyəyə 586,6 milyon ABŞ dolları, Gürcüstana 219,1 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 86,4 milyon ABŞ dolları, Qazaxıstana isə 72,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3% artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.

2023-cü ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (79,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (31,4 milyon ABŞ dolları) ikinci və Gürcüstan (20,4 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (17,4 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (10,8 milyon ABŞ dolları) ikinci və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (9,6 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər