13 C
Baku
Friday, November 22, 2024

İxracda qızıl 1-ci, pambıq mahlıcı isə 2-cidir

“İxrac icmalı”nın oktyabr sayına əsasən, 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6  mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb. 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  qızıl (158,2 milyon ABŞ dolları)  birinci olub. Bu siyahıda pambıq mahlıcı (149,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Digər yerləri tutan məhsullar müvafiq olaraq: ilkin formalı polipropilen (86,9 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) (71,9 milyon ABŞ dolları), meşə fındığı (55,9 milyon ABŞ dolları), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr  (51,4 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən çox) (50,4 milyon ABŞ dolları), karbamid (49,9 milyon ABŞ dolları), metanol (metil spirti) (48,6 milyon ABŞ dolları)

2021-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol  (15,7 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər