2025-ci ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC,”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,”Baku Steel Company” QSC,”P-AQRO” MMC,”LEPIN LM” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti,”KHAN-EL” MMC,”BİNƏ AQRO” QSC,”Sahdag Sy” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,”Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”Azərbaycan Hava Yolları” QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.