17 C
Baku
Friday, October 31, 2025

İxracdan ən çox gəlir əldə edən Azərbaycan şirkətləri – Siyahı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2,6 milyard  ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

“Prime Cotton” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “STP Alüminium” MMC, “UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “TABATERRA”QSC. “P-AQRO” MMC, “HOPER”Məhdud Məsuliyyətli Cəmiyyəti.

Son xəbərlər
Digər xəbərlər