İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın növbəti sayını təqdim edib.
Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “AGRARCO” MMC, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Prime LM” MMC, “KHAN-EL” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AFA Export” MMC, “P-AQRO” MMC, “Mors Trading” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Naxçıvan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz” EİM, “SOCAR CAPE” MMC, “Qaradağ Şüşə Zavodu” ASC, “Azərxalça” ASC.





