13 C
Baku
Thursday, May 16, 2024

İxtiraları sayəsində qazanan insanlar

Bu gün biz sizə əsl ixtiraçılar-innovativ əşyalar yaratmış, bəşəriyyəti dəyişmiş, eləcə də bundan yaxşıca pul qazanmış insanlar haqqında danışacağıq. Bəlkə də bu nümunələrdən hansı isə sizi ruhlandıracaq. Axı şəxsi biznes qurmaq üçün hansı isə innovativ məhsul ixtira etməkdən daha yaxşı üsul ola bilməz.

ABŞ-da hazırda şəxsi biznes qurmaq çox çətindir, çünki rəqabət çox güclüdür. İT sektorunda isə çoxlu sayda yeni şirkətlər peyda olur. Çünki bu sektor innovasiyalara meyllidir. Beləliklə, sizin üçün seçdiyimiz ixtiraçıların siyahısı belədir. Bu siyahıya yaxın keçmişdə ixtira etmiş, həm bunun biznes tərəfini düşünmüş insanlar daxil edilib.

Tim Berners-Li, World Wide Web-in yaradıcısı

Britaniyalı Tim Berners-Li internetin özünü kəşf etməşmişdir. O, öz yeniliyini təqdim edəndə, şəbəkə artıq bir neçə onillik idi ki, mövcud idi. Lakin Tim ona hazırda istifadə etdiyimiz görünüşü verdi. O, URI, URL, HTTP, HTML kəşf etdi. Mahiyyət etibarilə, internetin əsası, sənədlərlə hiperəlaqə və saytlararası əlaqə Berners-Linin fəaliyyətinin nəticəsidir. Tim ilk işini 1989-cu ildə CERN İsveçrə şirkətində işləyərkən təqdim etmişdir.

Bu qeyri-adi dahi “sistemli hörümçək toru” konsepsiyasının müəllifi kimi tanınır. Britaniyada ona cəngavər titulu verilib. Berners-Lini sahibkar adlandırmaq olmaz (halbuki o, heç kasıb da deyil), lakin onun kəşfi cəmiyyət üçün o qədər əhəmiyyətli oldu ki, biz sadəcə olaraq, World Wide Web-in yaradıcısını siyahıya salmaya bilməzdik.

Robert Plat, təkərli çamadanın ixtiraçısı

Robert Plat Northwest şirkətində adi pilot idi. Günlərin bir günü o, kifayət qədər ağır yük ilə birlikdə təyyarəyə gecikdiyi üçün onun ağlına belə bir ideya – çamadana təkər taxmaq gəldi. Bu ideya onun iş yoldaşlarının o qədər xoşuna gəldi ki, artıq tezliklə Robert təkərli çamadan istehsal edən TravelPro adlı şirkəti yaratdı.

Təyyarə ilə səyahət etmiş hər bir şəxs ağır yükü daha az güc sərf etməklə daşımağa imkan verən belə bir çamadanın üstünlüklərini daha yaxşı bilər. 1992-ci ildə TravelPro şirkəti Inc 500 reytinqinə daxil oldu, 1999-cu ildə isə Robert Plat onu satdı.

Cek Kilbi və Robert Noys, kompüter çipinin ixtiraçıları

Kilbi və Noys kompüter çipinin ixtira edənlərdir. Cek Kilbi tərəfindən 1958-ci ildə edilmiş ixtiraya görə o, 2000-ci ildə Nobel mükafatına layiq görülmüşdü (həmin vaxtlar o, hələ Texas Instruments-də işləyirdi). Robert Noysun taleyi daha maraqlıdır, belə ki o yekunda iki məşhur – Fairchild Semiconductor və Intel şirkətlərini yaratdı. Mahiyyət etibarilə, bu iki insanın yaradıcılıq fəaliyyəti bəşəriyyətə personal kompüterlər erasını hədiyyə edərək, onu tamamilə dəyişdi. Bu ixtiralar olmadan ümumi kompüterləşmədən söz belə gedə bilməzdi.

Bob Frankston və Den Briklin, elektron cədvəllərin ixtiraçıları

MIT-ın məzunları Bob Frankston və Den Briklin nə vaxtsa, məşhur olan VisiCalc proqramının yaradıcılarıdır, bu elektron cədvəllərlə işləməyə imkan verən ilk tətbiqetmə idi. Düzdür, onların ixtirası Microsoft kimi giqantla rəqabətdə uduzsa da, o bu sektorda bir müddət standart rolunu oynadı və yaradıcılarına yaxşı qazanc gətirirdi.

Melitta Bents, qəhvə üçün filtrin ixtiraçısı

Hər gün bir fincan isti qəhvə içmək istəyən hər kəs qəhvə filtrinin hansı rolu oynadığını daha yaxşı bilər. Əgər siz də onlardan birisinizsə, onda Almaniyalı evdar xanım Melitta Bentsə minnətdar olmalısınız. Məhz o, qəhvə filtrini fikirləşib tapmışdır. Melitta öz ideyasını hələ 1908-ci ildə patentləşdirmişdir. Bu vaxtdan keçmiş evdar xanım əsl sahibkar oldu, insanlar içkiyə toxumların düşməsindən çəkinməyərək, dadından həzz ala-ala qəhvə içə bilərdilər.

Corc Ferrsi, Şeytan çarxının ixtiraçısı

Yəqin hamı Şeytan çarxının nə olduğunu bilir. Bəziləri yüksəklikdən qorxduqları üçün ona minə bilməsələr də, digərləri üçün bu əsl əyləncədir. Şeytan çarxının ixtiraçısı Corc Ferrisdir, bu ideyanın ilham mənbəyi Eyfel qülləsidir. Hazırda bu dahinin ixtirasına dünyanın bir neçə ölkəsində rast gəlmək olar. Təəssüf, ixtiraçının özü bundan haqqını ala bilməmiş və ömrünün sonuna qədər onun məhsulunu istehsal edən şirkət ilə məhkəmələrdə olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər