15 C
Baku
Friday, March 29, 2024

İxtisaslaşmış texnoloji məhkəmə yaradılması vacibdirmi?

Bir müddət öncə Prezident məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi ilə bağlı çox vacib olan Fərman imzalayıb.

Son 20 ildə mən İnternet və texnologiyalarla əlaqəli bir sıra məhkəmə proseslərində iştirak etmişəm.

Hətta 18 il bundan öncə məşhur ”İnternet məhkəməsi” ilə bağlı Rabitə Nazirliyinə qarşı əsas iddiaçılardan birisi olmuşam.
Son illərdə ölkədə texnologiyalarla əlaqəli məhkəmə işlərinin də artdığı müşahidə olunur.

Çox zaman bu rposeslərdə hakimlərin işə baxarkən çətinlik çəkdiklərini də müşahidə etmişəm.
Hətta elə olub ki, internetlə əlaqəli işə baxan hakimin ümumiyyətlə İnternetdən istifadə etmədiyi məlum olmuşdu.

Təcrübədən çıxış edərək qeyd etmək istərdim ki aşağıdakı istiqamətlər üzrə məhkəmə işlərinə baxmaq üçün ixtisaslaşmış bir məhkəmənin, Texnoloji Məhkəmə heyətinin də formalaşdırılması yaxşi olardı :

1. Kiber cinayətkarlıqla bağlı işlər
2. Plastik kartlarla bağllı işlər
3. Saytların bağlanması ilə bağlı işlər
4. İnternetdə təhqir və böhtanla bağlı işlər
5. Kriptovalyultalarla bağlı işlər
6. Elektron ticarət və rəqəmsal sahibkarlıqla bağlı işlər və s

 

Müəllif: Osman Gündüz

Son xəbərlər
Digər xəbərlər