İxtisaslı müəllim kadrı olmayana qədər çalışmanın son yaş həddinə çatmış müəllimin müqaviləsinin müddəti artırılacaq.
Bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, hansısa məktəbdə ixtisaslı kadr olmadığı təqdirdə, yaş həddinə çatmış müəllimin əmək müqaviləsinə xitam verilməsi halı yoxdur:
“Lakin vakansiya elan olunduqdan sonra həmin məktəbə müəllim gəlirsə, artıq bu zaman çalışmanın son yaş həddinə çatmış şəxsin əmək müqaviləsinə xitam verilir”.