22 ölkə İrandan pilotsuz təyyarə almaq üçün müraciət edib.
Bunu İranın Ali Rəhbərinin baş müşaviri və köməkçisi, general Seyid Yəhya Səfəvi deyib.
O bildirib ki, gələcəkdə mümkün müharibələr üçün inteqrasiya olunmuş, təhlükəsiz komanda və idarəetmə şəbəkəsinə sahib olmaq lazımdır.
Seyid Yəhya Səfəvi vurğulayıb ki, gələcəkdə baş verə biləcək müharibələrin səhnəsi hər an dəyişir.