25 C
Baku
Wednesday, June 12, 2024

İyul ayında ölkədə sənaye məhsullarının istehsalçı qiymətləri azalıb

2014-cü ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,4 %, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,1 % ucuzlaşmışdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin iyul ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 4,5 %, metal filizlərinin hasilatı üzrə 1,1% ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,4 % bahalaşmışdır.

İyul ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompyuter, elektron və optik məhsulların istehsalı üzrə 25,3 %, toxuculuq sənayesi üzrə 7,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 5,3%, geyim istehsalı üzrə 3,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7%, kimya sənayesi üzrə 2,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,4%, mebel istehsalı üzrə 0,8 %, metallurgiya sənayesi və tikinti məmulatlarının istehsalı üzrə 0,6 %, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 %, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz ucuzlaşmış, əczaçılıq məhsullarının istehsalı üzrə 0,3%, neft məhsullarının istehsalı üzrə 0,2 %, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 % bahalaşmışdır.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər