Azərbaycanda pərakəndə ticarət dövriyyəsində əhalinin yanacağa ayrılan xərci ilin ən yüksək rəqəminə keçib.
Banker.az-ın bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda deyilir.
Ölkəmizdə koronavirus səbəbindən sərt karantin mart ayından başlayaraq mərhələli şəkildə tətbiq edilir. Buna rəğmən ölkədə benzin və dizellə çalışan mühərriklərin fəaliyyətində tam olaraq dayanma baş verməyib (əsasən də rayonlar arası və yük avotmoilləri).
Cari ilin iyul ayında avtomobil benzini və dizel yanacağına çəkdiyi xərcin həcmi 63.7 mln. manat olub. Bu da 2020-ci ilin geridə qoyduğumuz ilk 7 ayında qeydə alınmış ən böyük rəqəm olub. Baxmayaraq ki, iyul ayında iyun ayı ilə müqayisədə daha sərt karantin rejimi tətbiq edilib. İyun ayı ilə müqayisədə iyulda 11 daha çox bu xərclər artıb. (Ətraflı qrafikdə)
Bildirək ki, öncəki ilin eyni ayını əhatə edən statistikaya nəzər yetirsək 165.2 mln. manatlıq avtomobil yanacağına xərc çəkdiyini müşahidə edərik. Bu isə bu ilki rəqəmi iki dəfədən çox istələyir.
Lakin, bu sərt karantin ümumi olaraq DSK-nin hesabatında illik 0.3% azaltdğını göstərir. 2020-ci ilin yanvar-iyul ayları ərzində ölkə əhalisi 1 milyard 151.9 milyon manatlıq yanacağa vəsait sərf edib.