7 C
Baku
Thursday, December 12, 2024

İyulda əhalinin banklardakı depozitləri azalıb

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi 2023-cü ilin iyununda azalıb, lakin azalma tələbli depozitlərdə müşahidə edilir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistk bülleteninə istinad edir.

Əhalinin banklarda 12 mlrd. 429.3 mln. manatlıq əmanətləri olub, bu da son bir ayda 43.24 mln. manat və ya 0.3% azalmadır.

Müddətli əmanətlərə isə maraq aybaay artmaqdadır.

Belə ki, fiziki şəxslərin müddətli əmanətlərinin həcmi iyul ayında 50.1 mln. manat və ya 0.7% artmaqla 6 mlrd. 645.6 mln. manata çatıb.

Qeyd edək ki, 2023-cü ilin fevralından depozit faizləri 10%-lik vergiyə cəlb edilib. Bu qanun qüvvəyə mindikdən sonra ölkədə müddətli əmanətlərə tələbin aşağı düşəcəyi ehtimalları olsa da, ilin üçüncü ayından sonra portfel xeyli böyüyüb.

Tələbli depozitlərin həcmi iyul ayına 93.3 mln. manat və ya 1.6% azalmaqla 5 milyard 783.7 milyon manata düşüb.

Son xəbərlər
Digər xəbərlər