24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

İyulda Azərbaycanda sürətli pul köçürmələr azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda sürətli pul köçürmələrinin həcmi azalıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, banklara daxil olan sürətli pul köçürmələrin sayı 192.1 min ədəd təşkil etməklə  məbləği 169.2 mln. manat olub (hər birinin məbləği ortalama 880.3 manat olmaqla).

Bildirək ki, bu növ pul köçürmələrdən banka daxil olmaların həcmi cari ilin iyununda 178.3 mln. manat, ötən ilin eyni dövründə 154.6 mln. manat təşkil edib.

Bundan əlavə banklardan kənara 73.7 minlik əməliyyat baş tutub ki, bunun məbləği 95.9 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 1301.7 manat). 2021-ci ilin iyun ayında banklardan kənara 104.6 mln. manat, öncəki il isə 65.9 mln. manat vəsait köçürülmüşdü.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər