Cari ilin 31 iyuluna olan statistikaya əsasən, Azərbaycandakı bank filiallarının son 1 ayda 492-dən 480-ə, bank şöbələrinin sayı isə 96-dan 95-ə enib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bank filiallarının sayı 465, bank şöbələrinin sayı isə 102 olub. Beləliklə, illik müqayisədə filialların sayında 3.2% (+15), şöbələrin sayında isə 6.9% (+7) artım olub.