“Azərbaycan Hava Yolları” aviaşirkəti iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Banker.az bu barədə AZAL-a istinadən xəbər verir.
AZAL-dan bildirilir ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.