27 C
Baku
Saturday, July 27, 2024

İyulda benzin və dizel istahsalı azalıb, məhsullar anbarlara yönəldilib

2020-ci ilin yanvar-iyul ayları üzrə benzin istehsalı həcmi 0.3 faiz, dizel yanacağının istehsalında isə 4.4 faiz artıb. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İstehsal edilmiş benzinin 715.9 min ton təşkil edib. Baxmayaraq ki, bir ay öncə benzinin istehsalı 105.6 min tona çatırdı, iyulda bu rəqəm azalaraq 104.4 min tona düşüb.
Koronavirus pandemiyası səbəbindən ölkənin iqtisadi və əhali baxımından böyük şəhərlərində sərt karantin tətbiq edilir. Həmin şəhərlərdə sərt karantinin səbəbindən əhalinin minik avtomobillərindən istifadədə məhdudiyyətlər yaradıb. Ölkədə benzin əsasən minik avtomobillərdə istifadə edilir. Bu da öz növbəsində həm istehsal həcmində həm də benzin satışında azalma ilə özünü nümayiş etdirib.

Hətta istehsal edilmiş benzinin ehtiyat həcmi 81.1 min tondan 90.7 min tona qədər çatmasına səbəb olub.

76 2

Dizel istehsalı həcmi illik müqayisədə cari ilin ilk 7 ayında 1 milyon 304.1 min ton olub. Bunun isə 184.9 min tonu iyulda olub. Sıxılma ilə mühərrik hərəkə gətirən bu yanacağın istehsal həcmindəki azalma maydan sonra davam edir. Məsələn, cari ilin mayında istehsal həcmi az qala 200 min tona çatırdı. Lakin, həmin aylardan sonra dizelin də həcmində azalma müşahidə edilməkdədir. Dizelin ehtiyat həcmi hazırda 114.3 min tondur.

Son xəbərlər
Digər xəbərlər