Dövlət Sosial Müdafiə Fondu cari ilin iyul ayında elektron qaydada sosial müavinət və təqaüd təyin olunmuş vətəndaşların sayını açıqlayıb.
Fonddan Banker.az-a verilən məlumata əsasən, 2022-ci ilin iyul ayı ərzində 9.7 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Onların 55%-ni kişilər, 45%-ni isə qadınlar təşkil edib.