17 C
Baku
Thursday, October 31, 2024

“İyulda üçtərəfli formatda növbəti görüş keçiriləcək”

“Bilirsiniz ki, danışıqlarda Brüssel formatı mövcuddur. Bu format çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə liderləri arasında çoxsaylı görüşlər keçirilir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Moldovada “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində baş tutan danışıqlar barədə də məlumat verən nazir bildirib: “Görüşdə gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi aparıldı. Görüşün nəticəsi olaraq iyul ayında üçtərəfli formatda növbəti görüşün və təmasların davam etdirilməsi barədə razılıq əldə edildi”.

Son xəbərlər
Digər xəbərlər