17 C
Baku
Friday, October 18, 2024

İyun ayında 1,4 mln manatdan çox sığorta ödənişi olub

2014-cü ilin iyun ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,145 sığorta tələbi üzrə 1,436,630 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Ümumilikdə 2014-cü ilin altı ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 12,503,280 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Cari ilin iyun ayında İcbari Sığorta Bürosu tərəfindən 6 kompensasiya tələbi üzrə cəmi 23,750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. 2014-cü ilin ilk altı ayı ərzində İcbari Sığorta Bürosu tərəfindən ümumilikdə 73,260 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər