7 C
Baku
Sunday, December 15, 2024

İyun ayında Türkiyə 300 milyon dollardan çox müdafiə sənayesi məhsulları ixrac edib

Cari ilin iyun ayında Türkiyə 334,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 16,5 faiz çoxdur.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 2,4 milyard dollara bərabər olub.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 4,8 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Son xəbərlər
Digər xəbərlər